12 фев 2019

Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.

☾✯Айхан ✯☽
3:41
19 КОММЕНТАРИЕВ
☾✯Айхан ✯☽
☾✯Айхан ✯☽
Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib. APA TV-nin məlumatına görə, millət vəkili açıqlamasında Rəsulzadəni təhqir etmədiyini vurğulayıb: “"Mən dəfələrlə qeyd etmişəm ki, burda heç bir müsahibədən söhbət gedə bilməz. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mən yenə də deyirəm mən tək və yeganə liderim var, o da ümummilli lideri Heydər Əliyevdir. Mən Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və təhqir etmək də fikrim yoxdur. Mən başa düşmürəm ki, söylədiyim fikirlərə, yoxsa dediyim cümlələrə görə günahlandırılıram. Bir daha bəyan edirəm ki, mənim tək liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş medianın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər”. "Elə isə Rəsulzadə sizin üçün kimdir?" sualına gəlincə... "Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir. Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir və onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır dövlətimiz tərəfindən. Lazım gələrsə, digər işlər də görüləcək". N.Həmzəyev informasiya terrorunun qurbanına çevrildiyini bəyan edib: “Mən fikrimi dedim, mənim açıqlamam da kifayət edir. Xahiş edirəm siz də doğru, düzgün və tərəfsiz bu informasiyanı ictimaiyyətə çatdırasınız". Deputat Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Əbiyevin onun barəsində səsləndirdiyi fikirlərə belə reaksiya verib: “Məni provokasiyalara çəkməyin. YAP bu məsələyə münasibət bildirib və qeyd olunub ki, prosedur necə olur”. Qeyd edək ki, Naqif Həmzəyevin ADR-in banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlərdə parlamentin bu keçirilən iclasında da diqqət çəkilib. Mİllət vəkili Fazil Mustafa deputatın fikirlərinə parlamentin qiymət verməsi məsələsini gündəmə gətirib. O qeyd edib ki, təhqir yolverilməzdir: “Deputat həmkarımız tərəfindən Məhəmməd Əmin Rəsulzadə barəsində səsləndirilən fikirlər cəmiyyətdə ajiotaj yaradıb. Tarixi şəxslər haqqında ziddiyyətli fikirləri hər kəs söyləyə bilər. Amma elə şəxslər var ki, onlar dövlətin qurucularıdır. Kimsə bu qurucuları qəbul etmirsə, demək ki, onun qurduğu dövlətdə yaşamaqdan da məmnunluq hiss etmir. Biz Cəbhə dövründə indiki hakimiyyətə qarşı kəskin mübarizə aparmışıq. Amma Elçibəy vəfat edəndə Heydər Əliyevin onun məzarının başında dayanması cəbhəçilərin böyük əksəriyyətinin fikirlərini 180 dərəcə dəyişdi”. Birinci vitse-spiker Ziyafət Əsgərov deputatın fikirlərinə belə cavab verib: “Naqif müəllimin müsahibəsini oxudum. Deyib ki, belə bir şey deməyib. Hər halda, bu məsələ araşdırılmalıdır. Araşdırılmamış ittiham irəli sürmək düzgün deyil. Müxbir deyib ki, deyib, Naqif Həmzəyev isə deyir ki, deməyib. Ona görə də qəzet redaksiyası və Naqif Həmzəyev oturarlar bir arada, bu məsələni müzakirə edərlər”.
☾✯Айхан ✯☽
☾✯Айхан ✯☽
Naqif Həmzəyev yenə "quşladı" Hörmətli dostlar, bilirik ki bu Naqifin simasını görmək hamı kimi sizin də ürəyinizi bulandırır artıq. Amma, bu mövzuya bir daha qayıtmaq məcburiyətindəyik, və çox ümid edirik ki, sonuncu dəfə olaraq. Deməli, dünən Məmməd Əmin Rəsulzadəni təhqir edən bu Naqif Həmzəyev parlamentdə jurnalistlər üçün güya Allah qoymasa brifinq keçirirmiş. Aşağıda keçiddə video yerləşdirəcəyik və bu "dahi" deputatın parlaq çıxışını özünüz görə biləcəksiniz... Belə yerdə deyiblər ki, üzrü qəbahətindən daha betər! Naqif Həmzəyev bu brifinqdə Rəsulzadəyə mənfi münasibətini heç cür gizlədə bilmir və əvvəlki müsahibədə təhqir etməsini dolayısı ilə təsdiq etmiş oldu. "Yeni Musavat"a istinadla brifinqdəki sual-cavabları öz şərhlərimizlə birgə təqdim edirik: -Siz Məhəmməd Əmin Rəsulzadəni təhqir etdiyinizə görə günahlandırılırsınız. Bu barədə nə deyə bilərsiniz? – Mən hər kəsin qarşısında bəyan edirəm ki, mənim tək və yeganə liderim var, o da ümummilli liderimiz Heydər Əliyevdir. Mən demədiyim fikirlərə, etmədiyim əmələ görə heç bir məsuliyyət daşımıram. O cümlədən də Rəsulzadəni təhqir etməmişəm və etmək fikrim də yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatın çox təəssüf olsun ki, bəzi nümayəndələri jurnalistikanı biznes maraqlarına qurban veriblər və bu gün mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən də xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər. (Bundan - Yəni siz Rəsulzadə haqqında təhqiramiz fikirləri səsləndirməmisiniz? – Mən Rəsulzadəni təhqir etməmişəm, etmək fikrim də yoxdur. - Ancaq bununla bağlı audiomaterial var. Buna nə deyirsiniz? Həqiqətən təhqir etmədiyinizi bildirirsinizsə, məhkəməyə müraciət edə bilərdiniz… – Mən fəaliyyətimin ilk dövründə istəmirəm ki, jurnalistlərlə məhkəmədə üzləşim. Ona görə də sadəcə susmağı və səbr etməyi üstün tuturam. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər. Son 4 ildə Gəncəyə gələn jurnalistləri şəxsən mən qarşılamışam və heç vaxt dilimdən təhqir çıxmayıb. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Xahiş edirəm bu kampaniyaya heç kəs qoşulmasın və dəstək verməsin. - Elə isə Rəsulzadə sizinçün kimdir? – Mən dedim, mənim tək və yeganə bir liderim var, o da ümummilli lider Heydər Əliyevdir. - Söhbət Rəsulzadədən gedir… – Rəsulzadə tarixi şəxsdir. Tarixi şəxslərə bizim hörmətimiz var. Gəncə şəhərində ilk növbədə Gəncənin adı ilə bağlı olan Nizami Gəncəvi, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığı dərindən öyrənilir və onların xatirələrinin əbədiləşdirilməsi üçün lazımi addımlar atılır dövlətimiz tərəfindən. Lazım gələrsə, digər işlər də görüləcək. Millət vəkili nə heykəl qoymur, nə də bu məsələlər onun səlahiyyətlərinə daxil deyil. - Amma Rəsulzadənin Gəncədəki büstünün başına torba keçirilməsindən sizin də xəbəriniz olub. Rəsulzadəyə münasibətiniz normal idisə, niyə bu barədə məsələ qaldırmadınız ötən aylarda? – Mən fikrimi dedim, mənim açıqlamam da kifayət edir. Xahiş edirəm siz də doğru, düzgün və tərəfsiz bu informasiyanı ictimaiyyətə çatdırasınız. Qeyri-rəsmi ortamda dəfələrlə xəbərdarlıq olunub ki, burada heç bir müsahibədən söhbət gedə bilməz. Çox təəssüf olsun ki, jurnalist etikasına sığmayaraq orda olan dialoq təhrif olunmuş formada ictimaiyyətə çatdırılıb. Mən yenə deyirəm, mənim tək və yeganə liderim var…
☾✯Айхан ✯☽
☾✯Айхан ✯☽
- “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu bildirib ki, onda səs yazısı var və siz orada Məhəmməd Əmin Rəsulzadəni təhqir etmisiniz… – Mən heç vaxt heç kimi təhqir etməmişəm və etmək fikrim də yoxdur. Qısa və konkret. - Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə sizi məhkəməyə verəcəyini bəyan edib… – Məmnuniyyətlə. Məhkəməyə veriləcək və orda da cavabı veriləcək. - Siz Gəncədə yaşayırsınız, indiyədək bir dəfə də olsa, Rəsulzadənin büstünü ziyarət etmisinizmi? – Mənim tək bir liderim var, və mən ancaq o dahi şəxsin abidəsini mütəmadi olaraq ziyarət edirəm. Mənim birbaşa borcumdur ki, liderimə sadiq olum. - Heydər Əliyev özü vaxtilə Rəsulzadənin məzarını ziyarət etmişdi, haqqında xoş sözlər demişdi… – Xahiş edirəm provokasiyaya çəkməyin, çox xahiş edirəm.(?) Mənim demədiyim sözləri mənim adımdan ictimaiyyətə çatdırıblar. -İntizam komitəsinin sədri Ağacan Abıyev deyib ki, sizinlə bağlı məsələ komitəyə çıxarılacaq… – Yeni Azərbaycan Partiyası tərəfindən bu məsələ ilə bağlı açıqlama verilib. Orada göstərilib ki, bu prosedur necə olur. - Sizin mandatdan məhrum edilməyinizlə bağlı imzatoplama kampaniyası keçirilir… -Xahiş edirəm provokasiyaya çəkməyin və qeyri-rəsmi həyata keçirilən proseslərlə bağlı mənim heç bir açıqlamam yoxdur. -Sosial şəbəkələrdə bu barədə geniş bəhs olunub… – Mən sosial şəbəkədən istifadə etmirəm və ümumiyyətlə, orda gedən proseslərdən də xəbərim yoxdur. Bizim şərh: Rəsulzadədən sual veriləndə Heydər Əliyevdən danışan, adi suallara "Xahiş edirəm provokasiyaya çəkməyin" cavabı verən və o təhqirin qeyri-rəsmi bir görüş vaxtı baş verməsiylə özünü təmizə çıxarmağa çalışan duptata nə deyək indi biz... Birincisi, ay bisavad, Rəsulzadə tarixi şəxs yox, deputatı olduğun dövlətin qurucularından biri idi! O, görkəmli tarixi Şəxsiyyətdir, amma sən bir daha sübut etdin ki, sən özün çox şəxsiyyətsiz bir insansan! İkincisi, Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin yaradıcılığının Rəzulzadənin heykəlinin başına torba keçirilməsi ilə nə əlaqəsi var ay xalq deyən? Üçüncüsü, sən "dünən" Millət vəkili təyin olmusan, neçə illər idi İcra Hakimiyyətində müavin işləyirdin və bütün bu məsələlər birbaşa sənin səlahiyyətlərinə aid idi. Buna nə deyirsən bəs? Dordüncüsü, Naqif, sən deyildin gecə-gündüz sosial şəbəkələrdə, Facebook'da Gəncənin aktiv, proqressiv gənclərinin statuslarını və şərhlərini kopiyalayıb onlara "torba tikən", tutduran, Gəncədən didərgin salan? Hətta, bu gün də sən ən azı iki saxta profildən girib Facebook'dan istifadə edirsən. İstəyirsən açıqlayaq burda bu profilləri? Beşincisi, Həmzəyev, başa düşmədik, sənin sözlərinə inansaq, helə çıxır ki sən heç Prezident İlham Əliyevi də özünə lider hesab etmirsən?! Çünki, dəfələrlə, dönə-dönə israrla elan edirsən ki: “Mənim tək və yeganə liderim Heydər liyevdir” Bax yenə də "quşlayırsan"! Yaxşısı budur sən heç danışma, ya da qayıt aftafa daşımağına. Bu qədər. Ümid edirik ki, bir daha sənin mövzuna qayıtmağa bizə səbəb verməyəcəksən! http://apa.tv/video/25192
feqan teymurov
feqan teymurov
krucinni qahba
Namiq Abbasov
Namiq Abbasov
NEDI UJE DALA NERGIZ
Iskander Mamedov
Iskander Mamedov
kucuk aqzindan ewwek sudu iyi gelir DEPUTATolub ANASININ wotuna ----O KIWI 41 -43 de hitlerle mubahise eleyib sense elinde yeke bir eski -leyen aqzinda tualet kaqizi tutursan
feqan teymurov
feqan teymurov
birinci namizad uje var
Firqat Mammadov
Firqat Mammadov
PARTIYA MUHARBESI GEDIR OLEN OLUB GEDIB, QALANLAR QIRIR BIR BIRINI, HERE OZUNKUNU TERIFLEYIR
Qabil Askerzade
Qabil Askerzade
ай годух кеде депутат кет сикдир.. сени ора чыхарданын варйохуна ленет
М- Г
М- Г
Бунларын кохна пешасидир ! Х Алийевин адынын архасында кизлансинлар ..Низами Масхати ила М Расулзаданин на мугайисаси Бунлар манча айры айры шейларди ..Мусахибадан корунду ки бу нагис демак истайир ман о шахсиййати габул еламирам ...Бела чыхыр ки бунлар оз араларында довлатин гуручусу хагда башга соз дейирлар расми йерларда башга соз....Канчада кедан гуручулугдан сана на ..О ишлар довлатин малийаси ила корулур..Сизин кимилар о васаити басыб йейирлар...
Firqat Mammadov
Firqat Mammadov
DEYIREM NAQIFI TANIYANDA TANIMIYANDA HERE ADRESINE BIR SOZ DEYIR, CAVANDIDA CEKIBLER IRELI MERIFETLI SAVADLIDI, BEZI PARTIYALARIN GOZUNE GIRIR, 100 MANATLIQ JURNALISTIN HAYINA BENT OLMAYIN, ZAMANE BELEDI 100 MANATA QARISQADAN FIL, 200 FILDEN DINOZAVIR, TA ARXASINI OZUNUZ FIKIR VERIN
Nazim Dadashov
Nazim Dadashov
​belesine bizde cinder deyirler.
Rovsen Xelilov
Rovsen Xelilov
GİRİR GİRSİN AMMA TARİXDƏ İZ QOYAN MÜTƏFƏGİRLƏRƏ QARŞI SAYGISIZLIQ ETMƏSİN !...
Вугар Нагиев
Вугар Нагиев
ОНУ ЧЕЗАЛАНДЫРМАГ УЧУН КЕРЕК ВЕРДИЙИ ПУЛУ ГАЙТАРАЛАР О ДА УЖЕ ПУЛ ЙОХДУ
o ﷲ H ﷲ
o ﷲ H ﷲ
Kul olsun bele depdatin bakina ay ilham eliyev
ttt kkj
ttt kkj
Ay senin pedaras varyoxuy sabunsuz girir bunun liderine bax heyder zollayim senin liderivin goruna qehbenin doqduqu
Vuqar Eliyev
Vuqar Eliyev
ay peti senin o musabiqe verdiyin vidoya coxlari baxib burda pedaras sen deyirdin ki xalq dusmeni di indi vali deyisirsen sen ermenisen cun ki o kisi ermenilerin xalq dusmeni olub bizim lider olub
miri 88
miri 88
bilmirem bu ne qatiqlayib hec bu kadirida acib baxmiram qoy siktirsun oyna onsuz mene lezet etmir sozunu deyib danan qehbeler
Шамо Г
Шамо Г
Ala bu petini ordan qovmaq lazimdir, ermeniperest ograw
Раскадровка
Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.
Видео: Bir neçə gündür Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə görə tənqid olunan gənc deputat Naqif Həmzəyev bu gün parlamentin iclasından öncə jurnalistlərə açıqlama verib.